Netanyahunun Bu səfər dünya azəriləri üçün böyük rüsvaylıqdır

Ayətullah Amili cəllad və uşaq
qatili olan sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına bu
yaxınlarda gözlənilən səfərini pisləyib və onu azərilər üçün böyük
rüsvaylıq və zillət adlandıraraq deyib: “İsrailin Azərbaycan
Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə
Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və
Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan
çıxmağa cəhd edir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbil əyalətinin əhalisinin
Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi cümə namazının xütbələrinin
digər bir hissəsində Azərbaycan Respublikasının izzət və zillətinin
istər-istəməz bütün dünya azərilərinə aid olmasına toxunaraq deyib: “Ona
görə də azərilərin Azərbaycan Respublikasında baş verən hadisələrə
həssaslığı təbiidir”.
Xətib, cəllad və uşaq qatili olan sionist rejimin baş naziri
Netanyahunun Azərbaycanabu yaxınlardagözlənilən səfərini pisləyib və onu
azərilər üçün böyük rüsvaylıq və zillət adlandıraraq deyib:
“İsraillilərin onun heykəlinin İsraildə qoyulmasına bir gün də dözmədiyi
və onun qızıl heykəlini aşırdığı bir adamı Azərbaycan xalqı necə qəbul
edə bilər? Halbuki israillilərin özləri belə onu qəbul etmirlər.”
İmam cümə xütbəsinin davamında deyib: “İsrailin Azərbaycan
Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə
Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və
Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan
çıxmağa cəhd edir”.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Amerikanın
İrana qarşı sanksiyaların müddətini uzatmasına da işarə edərək deyib:
“Dünya imperializmin təbliğat maşını daxili intellektualların dili ilə
təbliğ olunur ki, biz nə üçün Amerika ilə düşmənlik etməliyik və bu
düşmənlik nə vaxt bitəcək?”
İmam cümə buna cavab verərək deyib: “Bizim xalqımız və
dövlətimiz heç bir ölkə ilə düşmənlik etmir. Amerika barəsində də deyə
bilərik ki, düşmənliyi biz yox, onlar başlayıb. İraq, Yəmən, Fələstinin
Qəzzə seçkilərində İran meyilli qüvvələrin seçkilərdə qələbəsi və
hakimiyyətə gəlməsi onları hiddətləndirmişdir və onlar bunu İranın
müdaxiləsi adlandırırlar. Onlar Bəhreyndə və Ərəbistanın şərqindəki
xalqın demokratiya uğrunda mübarizələrini, habelə Suriyanın hələ islam
inqilabından öncə İsrail ilə əməkdaşlıq etməməsini İranla bağlayırlar.
Onlar İŞİD vasitəsilə bizi qətliam etmək niyyətində idi. Ona görə də
bizim özümüzü müdafiə edərək İŞİD-lə mübarizə etməyimizi Amerikanın
maraqları ilə mübarizə adlandırırlar”.
Ayətullah Amili artırıb: “Onlar deyirlər ki, dünyada nəfəs alan
hər bir kəs bütün vücudu məzlumların qanına boyanmış İsraili rəsmi
olaraq tanımalıdır. Biz bu zillət və köləliyi qəbul etmədikdə bunu
Amerika ilə düşmənlik sayırlar”.
“Biz Əfqanıstan, İraq və Livanda onlarla əməkdaşlıq etdik, ancaq
onlar bizim cavabımızı belə verdilər: “hüsnü-niyyət, həmişə
hüsnü-niyyət gətirmir”. Sonra da bizim adımızı fitnə mənbəyi qoydular.
Bizim dövlətimiz öz öhdəliklərini bir zərrə də olsun pozmdı. Ancaq onlar
sonsuz quldurluq, zorakılıq, artıqtamahlıq, iblislik və imperializim
ruhu ilə sanksiyaları uzatdılar. Bir sözlə, bizdən əl çəkməyən və
bizimlə düşmənlik edən onlardır. Yoxsa bizim heç kimlə düşmənliyimiz
olmamışdır”.